Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% enib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,2% enib
# 19 aprel 2013 06:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 14 537 bəndədək, S&P 500 0,7% - 1 542 bəndədək, Nasdaq 1,2% - 3 166 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə əsasən makroiqtisadi göstəricilər səbəb olub. O cümlədən, iqtisadi göstəricilərin məcmu indeksinin mart ayında azalması, emal sənayesində işgüzarlıq indeksinin aprelin əvvəlindən azalması və işsizlik üzrə ilkin müraciətlərin ötən həftə artması bazara mənfi təsir göstərib.

Avropa fond bazarlarında aprelin 18-də FTSE 100 indeksi 0,01% - 6 244 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 474 bəndədək enib, Fransa CAC-40-ı 0,1% - 3 603 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 397,6 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3068 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR