Fevralda Supsa limanından neft ixracı 5% artıb

Fevralda Supsa limanından neft ixracı 5% artıb
# 02 mart 2015 15:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin fevral ayında Supsa limanından 254 179 ton ton xam neft ixrac edib.

SOCAR-dan «APA-Economics»ə verilən məlumata görə, bu, 2014-cü ilin fevral ayı ilə müqayisədə 4,97% çoxdur.

Ümümilikdə, Ümümilikdə yanvar-fevral ayları ərzində Supsa limanından 508 286 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 2 ayı ilə müqayisədə 10,0% azdır..

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR