Aslan İsmayılov: “Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub” - FOTO

Aslan İsmayılov: “Sumqayıt hadisələri SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub” - <span style="color: red;">FOTO
# 28 fevral 2013 11:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Vəkil Aslan İsmayılovun müəllifi olduğu “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” adlı kitabın məşhur “Amazon. com” saytında satışa çıxarılması və kitabın ingilis dilindəki versiyasının yenidən işlənib nəşr olunması ilə bağlı tədbir keçirilib.

“Viza” hüquq firmasının ofisində keçirilən tədbirdə çıxış edən Aslan İsmayılov bildirib ki, tədbiri keçirmək üçün yer təşkil edə bilməyiblər: “Tədbiri keçirmək üçün yer ayıra bilmədik. Çünki maddi və digər problemlərimiz var idi. Bir neçə gün əvvəl bu tədbiri keçirəcəyimizlə bağlı məlumatlar yayılıb. Lakin yerli telekanallardan heç biri gəlib işıqlandırmır. Ona görə də hər şeydə günahkar özümüzük. Yazdığım kitabla əlaqədar üçüncü tədbirdir ki, keçiririk. İkinci dəfə tədbir keçirərkən bir çox səfirliklərin nümayəndələrini, Azərbaycandan tanınmış şəxsləri də dəvət etmişdim. Yalnız “APA Holding”in prezidenti Vüsalə Mahirqızı gəlmişdi və sonra da “Sumqayıt tək qalanda” adlı köşə yazısı mətbuatda çıxmışdı. Bunun üçün mən bir daha ona təşəkkür edirəm”.

Daha sonra Sumqayıt hadisələrindən danışan A. İsmayılov bəyan edib ki, həmin hadisə SSRİ-nin xüsusi xidmət orqanı tərəfindən təşkil olunub: “Həmin vaxt mən məhkəmə sədri işləyirdim. Hamı azərbaycanlıların vəhşiliyindən danışırdı. Bunu edənlərin erməni olduğu isə heç yerdə getmirdi. Lakin işlə tanış olanda erməni adını gördüm və bu iş məni cəlb etdi. Həmin cinayət işi hakim Mənsur İbayevin sədrliyi ilə araşdırılırdı. Mən də həmin cinayət işində dövlət ittihamçısı kimi təmsil olunurdum. Həmin vaxt işə qərəzli baxıldı. Hadisələrin əsas təşkilatçısı olan Qriqoryana 12 il həbs cəzası verdilər. Sonra da Rusiyaya ekstradisiya edib azadlığa buraxdılar. Mənim bu kitabı yazmaqda məqsədim bütün dünyanın hadisənin necə baş verməsini bilməsindən ibarətdir. Kitab Azərbaycan, türk, rus və ingilis dillərində nəşr olunub. Mən dünyada olan bütün məşhur kitabxanalara kitabın göndərilməsini təşkil edəcəyəm. Hazırda ucuz qiymətə “amazon.com” saytında da satışda var. Kitab əsasında Rüstəm İbrahimbəyov ssenari də yazıb. Filmin çəkilişinə 5 milyon manat vəsait lazımdır. Lakin həmin pul olmadığından filmi çəkmək mümkün olmur. Bu hadisələrlə bağlı ermənilər saysız-hesabsız məqalələr yazırlar, lakin bizim dildə bu hadisələrlə bağlı məlumat çox azdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR