Şamaxıda avtomobil hasara çırpılıb, ölən və yaralanan var

Şamaxıda avtomobil hasara çırpılıb, ölən və yaralanan var
# 28 yanvar 2013 08:17 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 8:00 radələrində yolun 121-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

Qəbələ rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Rəcəbov 90 HH 239 dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən qatı dumana düşüb və idarəetməni itirərək maşını yolun kənarındakı hasara çırpıb. Hadisə nəticəsində sürücü Orxan Rəcəbov ağır xəsarətlər alaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Maşındakı sərnişin, 1980-ci il təvəllüdlü Elnarə Şahbəndiyeva isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR