AFFA “Neftçi”ni cəzalandırıb

AFFA “Neftçi”ni cəzalandırıb
# 23 sentyabr 2014 10:06 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının VI turunun oyunlarında beş verənlər müzakirə olunub və müvafiq qərarlar çıxarılıb. Nəticədə 3 kluba pul cəzası verilib.

Qurum “Bakı”nın məşqçisi Muarem Zekiru 1 oyun cəzalandırıb və kluba 1000 manat cərimə kəsib. Buna səbəb çalışdırıcının “İnter”lə səfər oyununun 30-cu dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılmadırır.

“Sumqayıt” – AZAL matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat ödəməli olacaq. “Qəbələ” – “Neftçi” görüşündə 4 sarı vərəqə alan qonaqların da cəzası eyni olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR