Bank Of Baku

"Səda" TV-nin rəhbəri həbs edilib

"Səda" TV-nin rəhbəri həbs edilib
# 07 noyabr 2026 14:50 (UTC +04:00)

"Səda" TV-nin rəhbəri Elnur Şükürov həbs edilib.

APA xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Elnur Şükürov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq, ağırlaşdırıcı hallarda), 188.1-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, E.Şükürov bir neçə il öncə rüşvət almaqda və dələduzluqda təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdi. O, ötən il azadlığa çıxmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR