Şəhid əsgər Əli Rəhimovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Masallıda ailəsinə təqdim olunub - FOTOSESSİYA

Şəhid əsgər Əli Rəhimovun “Hərbi xidmətdə fərqlənməyə görə” medalı Masallıda ailəsinə təqdim olunub - <span style="color: red;">FOTOSESSİYA
# 03 avqust 2014 17:30 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Masallı rayonunun Köçəkli kəndində medalın təqdimolunma mərasimi keçirilib. Mərasimdə respublika Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon icra hakimiyyətinin və digər səlahiyyətli qurumların nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri, ağsaqqallar və ziyalılar iştirak ediblər. Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, Azərbaycan Respublikasının Prezidenti yanında Ali İdarəçilik Akademiyasının müəllimi Cəlil Xəlilov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsi üzrə sədri, şair Ənvər Əhməd və digərləri çıxış edərək şəhidlərin ölməzliyi,vətənin müdafiəsinin müqəddəsliyi, igidlərin daim yaşarı olması bir daha vurğulamaqla, onların ruhlarını ehtiramla anıblar. Daha sonra Abdulla Qurbani şəhid Əli Rəhimovun təltif olunduğu medalı onun qardaşı Zakir Rəhimova təqdim edib. Öz növbəsində ailəsi adından ölkə başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edən Zakir Rəhimov vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, özünün və bütün ailə üzvlərinin daim vətənin müdafiəsnə daim hazır olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalmasından qurur hissi keçirdiyini bildirib.

Mərasim şəhidin qəbrinin ziyarət edilməsi ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR