Azərbaycanın iri sığorta şirkətlərindən biri kapitalını artırır

Azərbaycanın iri sığorta şirkətlərindən biri kapitalını artırır
# 25 noyabr 2014 09:38 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Dekabrın 8-i Bakı Fond Birjasında (BFB) “Ata Sığorta” ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 25 manat, sayı 184 000 ədəd, emissiyanın ümumi həcmi isə 4,6 mln. manat təşkil edir.

Yerləşdirmədə anderrayter kimi “Brokdil-AZ” MMC çıxış edir.

Şirkətin bugünkü günə nizamnamə kapitalı 10 mln. manta təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 45% artaraq 14,5 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR