Nigeriyada “Boko Haram”-ın işğal etdiyi şəhər azad olunub

Nigeriyada “Boko Haram”-ın işğal etdiyi şəhər azad olunub
# 01 aprel 2015 01:29 (UTC +04:00)

Bakı-APA. Çad və Nigerin hökumət qoşunları Nigeriyanın şimalında yerləşən Malam Fatori şəhərini “Boko Haram” terrorçu qruplaşmasından azad edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hücumdan əvvəl Nigerin Hərbi-Hava Qüvvələri terrorçuların mövqelərinə hava zərbələri endirib.

Qeyd olunur ki, şəhər 2014-cü ildən ekstremistlərin nəzarəti altına keçmişdi.

Çad və Niger ordusu 2015-ci ildən Nigeriya ərazisində “Boko Haram” terrorçu qruplaşmasına qarşı əməliyyatlarda iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR