Sumqayıtda 33 yaşlı Əsgər Hüseynov 31 yaşlı həyat yoldaşı Şəhanə İmanovanı qətlə yetirməkdə şübhəli bilinir.
APA-nın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.