Zaqatala Sərhəd Dəstəsinin zabitləri sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşüblər

Zaqatala Sərhəd Dəstəsinin zabitləri sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşüblər
# 01 avqust 2014 11:42 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Sərhəd Qoşunlarının Zaqatala Sərhəd Dəstəsinin zabitləri Balakən, Zaqatala və Qax rayonlarının sərhədyanı yaşayış məntəqələrinin sakinləri ilə görüşüblər.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, görüşdə Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə, təşkilat və müəssisə rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, Balakən, Zaqatala və Qax rayonlarının 21 sərhədyanı yaşayış məntəqəsinin 200-dən çox sakini və sərhədçi veteranlar iştirak ediblər.

Görüş zamanı Zaqatala rayonunun icra başçısı M. Əhmədzadə sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib, yerli əhalinin bundan sonra da dövlət sərhədinin mühafizəsində sərhədçilərə köməklik göstərilməsi üçün yerli qurumlara tövsiyələrini verib.

Görüşdə həmçinin Dövlət Sərhəd Xidmətinin zabiti, polkovnik İzzəddin Musayev və sərhədçi veteran Cavanşir İsmayılov çıxış ediblər.

Daha sonra dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından köməklik göstərən bir qrup sakin təltif edilib. Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən filmə baxış keçirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR