Azərbaycan səfirliklərində xarici vətəndaşlar üçün Azərbaycan dili kursları yaradılacaq

Azərbaycan səfirliklərində xarici vətəndaşlar üçün Azərbaycan dili kursları yaradılacaq
# 10 aprel 2013 07:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu, ölkə prezidenti İlham Əliyevin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub.

Proqrama əsasən, Azərbaycan dilinin tədrisinin genişləndirilməsi üçün 2015-ci ilə qədər xa­ric­də­ki diplomatik nü­ma­­yəndəliklərdə əc­nəbi vətəndaşlar, diaspor nüma­­yən­də­ləri və digər maraq göstərən şəxslər üçün təsərrüfat hesablı Azər­bay­can dili kurslarının yaradılmasına dair təkliflər hazırlanacaq. Bu işin həyata keçirilməsi Xarici İşlər, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, AMEA və Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR