Azərbaycan sahibkarları üçün Mərkəzi Afrika ölkələrinin bazarına çıxması üçün imkan yaradılıb

Azərbaycan sahibkarları üçün Mərkəzi Afrika ölkələrinin bazarına çıxması üçün imkan yaradılıb
# 01 may 2013 13:26 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «UKR.AZ.CAM» MMC Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, «UKR.AZ.CAM» Azərbaycan, Ukrayna və Kamerun sahibkarları arasında işgüzar əlaqələr qurmaq məqsədilə yaradılıb və Azərbaycan şirkətlərinin Kamerun və Mərkəzi Afrikanın digər ölkələrinin bazarlarına çıxmasına dəstək verir. «UKR.AZ.CAM» Azərbaycan şirkətlərinə idxal-ixrac, istehsal, tenderlərdə iştirak, kənd təsərrüfatı, geologiya, tikinti və maliyyə sahələri üzrə Kamerunda birgə layihələrin həyata keçirilməsini təklif edir.

Məhsullarını Kameruna ixrac etmək istəyən və ya orada iş qurmaqda maraqlı olan sahibkarlar Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR