“Kapitalbank” aktivlərini 34% artırıb

“Kapitalbank” aktivlərini 34% artırıb
# 12 noyabr 2014 13:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Kapitalbank”ın aktivlərinin həcmi 2014-cü ilin III rübündə 1 mlrd. 345,936 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 33,86% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 22,62% artaraq 870,602 mln. manat olub.

Bankın depozit portfeli III rübdə 535,488 mln. manat olub.

Bir il ərzində bankın məcmu kapitalı 59,32% artaraq 258,698 mln. manata çatıb. Bu müddət ərzində nizamnamə kapitalı 2,32 dəfə artaraq 185,850 mln. manat təşkil edib.

Cari ilin III rübündə bankın əldə etdiyi mənfəət 39,496 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 100 filialı və şöbəsi, 482 bankomatı, 1027 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR