Cəlilabadda təsərrüfat işləri ilə məşğul olan sakinlər 10 kiloqrama yaxın narkotik tapıblar

Cəlilabadda təsərrüfat işləri ilə məşğul olan sakinlər 10 kiloqrama yaxın narkotik tapıblar
# 19 dekabr 2014 10:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Cəlilabadda yerli sakinlər təsərrüfat işləri ilə məşğul olarkən 10 kiloqrama yaxın narkotik vasitə tapıblar. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana taparaq Dövlət Sərhəd Xidmətinin oradakı zastavasına təhvil veriblər.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR