Kolumbiyada 7 bal gücündə zəlzələ olub

Kolumbiyada 7 bal gücündə zəlzələ olub
# 09 fevral 2013 19:27 (UTC +04:00)

Bakı-APA. Kolumbiyanın qərbində 7 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti xəbər yayıb.

Yeraltı təkanlar Pasto şəhərindən 10 km cənub qərbində qeydə alınıb. Zəlzələ 130 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb. Yerli KİV-lərin məlumatına görə, yeraltı təkanlar Ekvadorun şimalında yerləşən Kolumbiya ilə həmsərhəd Kito şəhərində də hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR