Oqtay Əsədov ABŞ-da çexiyalı həmkarı ilə görüşüb

Oqtay Əsədov ABŞ-da çexiyalı həmkarı ilə görüşüb
# 01 sentyabr 2015 09:50 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Y.Hamaçek Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və ikitərəfli əlaqələrin inkişafını yüksək qiymətləndirib. Azərbaycan-Çexiya əlaqələrindən məmnun olduğunu bildirən Oqtay Əsədov Çexiya Respublikasının Xocalı faciəsinə ilk siyasi qiymət verən Avropa dövlətlərindən biri olduğunu bildirib. Tərəflər iki ölkə arasında iqtisadi, mədəni və təhsil sahələrində birgə proqram və layihələrin hazırlanmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransı Beynəlxalq Parlamentlər Birliyi tərəfindən təşkil edilir və hər beş ildən bir keçirilir. Builki konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak edir. Konfrans sentyabrın 2-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR