Ruhani: İran Lozannada əldə olunan razılaşmaya əməl etmək niyyətindədir

Ruhani: İran Lozannada əldə olunan razılaşmaya əməl etmək niyyətindədir
# 03 aprel 2015 18:43 (UTC +04:00)

Bakı-APA. İran prezidenti Həsən Ruhani ölkəsinin Lozannada əldə olunan razılaşmanın şərtlərini icra etmək niyyətində olduğunu bildirib.

“İran əldə olunan razılaşmaya tam əməl etmək niyyətindədir. Dünya bilməlidir ki, biz kələkbazlıq etmək niyyətində deyilik, biz bütün vədlərimizə əməl etmək niyyətindəyik”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti dövlət telekanalının efirində çıxışı zamanı deyib.

Həsən Ruhani qeyd edib ki, İran öz vədlərini qarşı tərəflər razılaşmaya əməl edəcəyi təqdirdə icra edəcək: “Əks təqdirdə başqa yol seçilə bilər”.

Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsalat gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.

Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.

Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR