Saakaşvili: “Gürcüstanın Ermənistan kimi xarici siyasət kursu yürütməsinə imkan vermək olmaz”

Saakaşvili: “Gürcüstanın Ermənistan kimi xarici siyasət kursu yürütməsinə imkan vermək olmaz”
# 01 fevral 2013 17:00 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Saakaşvili bildirib ki, Konstitusiyaya Gürcüstanın heç bir postsovet birliyinə daxil olmayacağı barədə maddə salmaq lazımdır: “Konstitusiyaya bu dəyişikliyin edilməsi üçün indi parlamentdəki səslər kifayət edər, hansı ki bu səslər adətən digər dəyişikliklərin tətbiqinə bəs etmir”.

Saakaşvili həmçinin ölkənin xarici siyasət kursunun “erməniləşdirilməsinə” qarşı çıxıb: “Gürcüstanda parlament seçkiləri nəticəsində hakimiyyət dəyişikliyindən sonra yeni hökumət bir sıra bəyanatlar verib. Onlardan biri ölkənin xarici siyasət kursunun “erməniləşdirilməsi” ilə bağlıdır. Yəni biz NATO və Rusiya ilə eynə məsafə saxlamalıyıq. Bu yanaşma əvvəllər Gürcüstanın xarici siyasət kursu olmayıb”.

Saakaşvili Abxaziya ərazisindən dəmiryolunun açılması ehtimalını Gürcüstan siyasətinə erməni modelinin digər neqativ təsiri adlandırıb: “İrəvanda artıq dəmiryolunun Abxaziya hissəsinin bərpa olunmasının texniki detalları müzakirə olunur. Bu, işğalın leqallaşdırılması demək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR