Tiflisdə Saakaşvilli tərəfdarlarının mitinqi keçirilib

Tiflisdə Saakaşvilli tərəfdarlarının mitinqi keçirilib
# 15 noyabr 2014 22:56 (UTC +04:00)

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, aksiyada 20 minədək etirazçı iştirak edib. Müxalifətin təşkil etdiyi mitinq Abxaziyanın Rusiya tərəfindən işğal olunmasına etiraz məqsədi güdüb. Aksiyanın keçirilməsinə əsas səbəb Rusiya və separatçı Abxaziya rejimi arasında bağlamış geniş inteqrasiya və birgə ordunun yaradılması haqqında müqavilə olub. Məlumata görə, bəzi aksiya iştirakçılarının əlində üzərində “Rusiyanı dayandıraq” şüarı yazılmış Rusiya prezidenti V.Putinin portreti olub.

“İnterfaks”-ın xəbərinə görə, Saakaşvilinin özü Kiyevdən yaradılan videobağlantı vasitəsi ilə aksiyada çıxış edib. “Bir tərəfdən Avropaya boylanan Gürcüstan, o biri tərəfdən isə Rusiya ilə addımlarını razılaşdıran Gürcüstan var. Biz Gürcüstan hökumətinə xalqın vahid və məğlubedilməz olduğunu göstərməliyik ”, deyə Saakaşvili bildirib.

Onun sözlərinə görə, keçmiş baş nazir Bidzina İvanişvili Gürcüstanı pərdə arxasından idarə edir.

Saakaşvilinin çıxışından sonra Gürcüstan və Avropa İttifaqının himni səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR