Göyçayın dağlıq ərazisində 10 hektar sahə yanıb

Göyçayın dağlıq ərazisində 10 hektar sahə yanıb
# 11 iyun 2012 09:31 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda yanğın hadisəsi baş verib. Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə Qarabaqqal kəndinin şimalındakı dağlıq ərazidə qeydə alınıb. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın əsasən yüksək ərazidə baş verdiyi üçün alovun qarşısını əl əməyi ilə almaq mümkün olub. Hadisə zamanı 10 hektar quru ot, kol-kos və xırda ağaclar yanıb. Yanğının baş vermə səbəbi araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR