18 oktyabr Azərbaycanda yenidən qeyri-iş günü olacaq

18 oktyabr Azərbaycanda yenidən qeyri-iş günü olacaq
# 09 mart 2012 12:21 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

Nazirlər Kabinetindən verilən məlumata görə, sazişin «Sosial müdafiənin gücləndirilməsi istiqamətləri» hissəsində bildirilir ki, sənədi imzalayan tərəflər müstəqillik gününün (18 oktyabr) də iş günü hesab edilməyən bayram günü kimi qeyd edilməsinə və bununla əlaqədar Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsində dəyişiklik edilməsinə nail olunması üçün tədbirlər görəcəklər.

Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul edib. 1992-2006-cı illərdə 18 oktyabr Azərbaycanda qeyri-iş günü hesab edilib. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, 18 oktyabr - Müstəqillik Günü, 12 noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR