Türkiyə cavab olaraq Suriya ərazisinə yenidən zərbə endirib

Türkiyə cavab olaraq Suriya ərazisinə yenidən zərbə endirib
# 17 oktyabr 2012 23:37 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Hatay rayonunun Hacıpaşa kəndi yaxınlığına Suriya tərəfindən atılan artilleriya mərmisinin düşməsinə cavab olaraq Türkiyə ordusu Suriya ərazisini yenidən bombalayıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Türkiyə ordusu Suriyanın atəş açdığı nöqtələrə zərbə endirib.

CNNTÜRK bildirib ki, Hatay bölgəsində düşən mərminin partlaması nəticəsində tələfat olmayıb.
Xatırladaq ki, oktyabrın 4-də Suriya silahlı qüvvələrinin Türkiyənin Şanlıurfa rayonunda 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin yaralanması ilə nəticələnən silahlı zərbələrinə cavab olaraq Türk ordusu Suriyada bir neçə nöqtəyə zərbə endirib.
Tələfatla müşayiət olmayan daha bir analoji hadisə oktyabrın 5-də baş verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR