Riçard Morninqstar: “Əminəm ki, Azərbaycan növbəti illər ərzində də inkişaf edəcək”

Riçard Morninqstar: “Əminəm ki, Azərbaycan növbəti illər ərzində də inkişaf edəcək”
# 07 noyabr 2012 12:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Əminəm ki, Azərbaycan növbəti illər ərzində də inkişaf edəcək.

APA-Economics”in xəbərinə görə, bu barədə Bakıda keçirilən Azərbaycan-ABŞ İKT Forumunda çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

Onun sözlərinə görə, son illər ərzində Azərbaycanda müsbət dəyişiklər qeydə alınıb və ölkə iqtisadiyyatı, o cümlədən İKT sektoru sürətlə inkişaf edib: «Əminəm ki, Azərbaycan növbəti illərdə də dinamik inkişaf edəcək».

Azərbaycan-ABŞ əlaqələrinə gəldikdə, səfir bildirib ki, iki ölkə arasında əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan-ABŞ İKT Forumu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Amerika Ticarət Palatası (AmCham) və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbir çərçivəsində Azərbaycan və ABŞ arasında İKT sektorunda əməkdaşlığa dair memorandum imzalanıb. Forumda yüksək vəzifəli Azərbaycan və ABŞ hökumət rəsmiləri, habelə özəl sektorun nümayəndələri İKT sahəsinin inkişafının gələcək perspektivləri, Azərbaycanda və ölkədən kənarda uğurlu təcrübənin inteqrasiyası haqqında çıxışlar dinlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR