«Buta Sığorta» şirkəti İcbari Sığorta Bürosuna üzv olmağa hazırlaşır

«Buta Sığorta» şirkəti İcbari Sığorta Bürosuna üzv olmağa hazırlaşır
# 02 oktyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Buta Sığorta» şirkəti 2013-cü ilin yanvar-fevral aylarında İcbari Sığorta Bürosuna üzv olmaq niyytəindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, üzvlüklə bağlı lazım olan müvafiq sənədlər hazırlanaraq artıq Büroya təqdim olunub. Büroya icbari sığorta növləri üzrə təminat depoziti ödənildikdən sonra şirkət «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası» növləri üzrə sığorta polislərinin satışına başlayacaq.

Xatırladaq ki, İSB 2011-ci ilin sonundan fəaliyyət göstərir. Sığorta şirkətləri «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» və «Sərnişinlərin icbari sığortası» növü üzrə xidmətlərə görə hər birinə 200 min manat, «Daşınmaz əmlakın icbari sığortası» və «Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası» növlərinin isə hər birinə 100 min manat birdəfəlik vəsait (təminat depoziti) ödəməlidir. Hazırda büroya 12 sığorta şirkəti üzvdür.

Qeyd edək ki, «Buta Sığorta» şirkəti 1996-sı ildən «Thames Insurance Group» kimi fəaliyyət göstərib. Bu ilin iyulun 26-da şirkətin adı dəyişdirilərək «Buta Sığorta»ya çevrilib. Hazırda şirkətin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR