Odessa-Bakı aviareysi açılıb

Odessa-Bakı aviareysi açılıb
# 09 iyun 2012 10:13 (UTC +04:00)
Şirkətin Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən aviareys hər həftənin V günləri Odessadan saat 18:00-da (yerli vaxt), Bakıdan isə saat 23:50-də (yerli vaxt) yerinə yetirilir. «Boeing 737-300» tipli avialaynerlə yerinə yetirilən bir istiqamətə uçuşun vaxtı 2 saat 50 dəqiqə təşkil edir. Hazırda hər iki istiqamətə bir aviabiletin qiyməti 420 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında uçuş coğrafiyasının genişləndirilməsi davam etdirilir. Belə ki, hazırda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakıdan Ukraynanın paytaxtı Kiyev şəhərinə birbaşa uçuşlar yerinə yetirir. Eyni zamanda Kiyev və Donetsk şəhərlərinə birbaşa aviareysləri Ukraynanın «Aerosvit» şirkəti də həyata keçirir.

Bundan başqa, AZAL iyunun 17-dən etibarən Bakı-Lvov, iyulun 2-dən etibarən isə Bakı-Simferopol və Bakı-Krım aviareysləri üzrə də birbaşa uçuşlara başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR