Həmsədr ölkələrin liderləri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ danışıqlarını sürətləndirməyə çağırıblar

Həmsədr ölkələrin liderləri Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ danışıqlarını sürətləndirməyə çağırıblar
# 19 iyun 2012 01:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Meksikanın Los-Kabos şəhərində keçirilən G20 sammitində üç ölkə liderləri tərəfindən qəbul edilmiş bəyanatda deyilir.

«2011-ci il mayın 26-da Dovildə qəbul edilmiş birgə bəyanatda Azərbaycan və Ermənistan prezidentlərini qətiyyəti addımlar atmağa çağırsaq da, çox təəssüf ki, onlar bu addımlar atmayıblar», - deyə bəyanatda bildirilir.

Bəyanatda Azərbaycan və Ermənistan liderləri 2012-ci il yanvarın 2-də Soçidə səsləndirilmiş bəyanatda əksini tapan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əsas prinsiplərin razılaşdırılması barədə öhdəlikləri yerinə yetirməyə çağırılır.

Bundan əlavə, Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistan dövlət başçılarını Dağlıq Qarabağ probleminin həlli üçün hərbi gücdən istifadədən çəkinməyə və ATƏT-in Minsk Qrupunun vasitəçilik yardımından tam olaraq istifadə etməyə səsləyirlər.

«Hərbi gücdən istifadə münaqişənin həllinə gətirməyərək yalnız bu bölgənin xalqlarının uzun müddətdir ki, çəkdikləri əzab və əziyyətləri artıracaq. Yalnız danışıqlar yolu ilə nizamlanma yaranmış vəziyyətdən çıxmağa imkan verəcək və bölgənin gələcəyi və inkişafı üçün zəmin yaradacaq», - deyə birgə bəyanatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR