Avropa Liqası: Püşk Almaniya və İspaniya klublarını üz-üzə qoydu

Avropa Liqası: Püşk Almaniya və İspaniya klublarını üz-üzə qoydu
# 16 mart 2012 13:57 (UTC +04:00)
Bakı – APA. UEFA Çempionlar Liqasının ardınca, Avropa Liqasının da püşkü atılıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında düzənlənən mərasimdə 1/4 və 1/2 final mərhələsinin cütləri müəyyənləşib.

Püşk istənilən rəqibi üzləşdirmək imkanına malik olsa da, turnirdə ən çox təmsilçisi olan İspaniyanın 3 komandası bir-birinə rəqib düşməyib. Əvəzində 1/4 finalda 2 La Liqa təmsilçisi Bundesliqa klubları ilə görüşəcək.


1/4 final

“Alkmaar” (Hollandiya) – “Valensiya” (İspaniya)
“Şalke 04” (Almaniya) – “Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya) – “Metallist” (Ukrayna)
“Atletiko” (İspaniya) – “Hannover-96” (Almaniya)

1/2 final

“Atletiko” - “Hannover-96” cütünün qalibi - “Alkmaar” - “Valensiya” cütünün qalibi
“Sportinq” - “Metallist” cütünün qalibi - “Şalke 04” - “Atletik” cütünün qalibi

1/4 final oyunları martın 29-da və aprelin 5-də keçiriləcək. Yarımfinal matçlarının isə aprelin 19-da və 26-da olmağı nəzərdə tutulub. Final oyunu mayın 9-da Buxarestdə “Milli Arena”da olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR