Azərbaycanın Zaqatala rayonunda 16 yaşlı qız dəm qazından boğularaq ölüb

Azərbaycanın Zaqatala rayonunda 16 yaşlı qız dəm qazından boğularaq ölüb
# 15 fevral 2012 07:44 (UTC +04:00)
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Prokurorluğundan məlumat verilib. Hadisə fevralın 14-də, rayonun Kebeloba kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Kebeloba kənd sakini Ramazanova Şahzadə Şəmsəddin qızı axşam saatlarında hamamda huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə təcilli yardım çağırılsa da, 16 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR