«Bank of Azerbaijan» nizamnamə kapitalını kəskin artırır

«Bank of Azerbaijan» nizamnamə kapitalını kəskin artırır
# 14 avqust 2012 12:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Azerbaijan» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 825 min ədəd, emissiyanın ümumi həcmi isə 16,5 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə yerləşdirilməsi planlaşdırılır.

Birja mütəxəssislərinin fikrincə, «Bank of Azerbaijan» artıq yaxın vaxtlarda əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayacaq. Emissiyanın yerləşdirilməsi başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 49,2% artaraq 50 mln. manata çatacaq.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 33,5 mln. manat təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR