İspaniya hökumətinin büdcəni ixtisar proqramı etiraz aksiyalarına səbəb olub

İspaniya hökumətinin büdcəni ixtisar proqramı etiraz aksiyalarına səbəb olub
# 30 aprel 2012 07:28 (UTC +04:00)
Bakı - APA-Economics. İspaniyanın paytaxtı Madrid şəhərində hökumətin dövlət büdcəsini ixtisar proqramına qarşı etiraz aksiyaları keçirilib.

APA-Economics”in “Euronews”a istinadən xəbərinə görə, bir çox şüar və plakatlarda büdcə ixtisarının simvolu olan qayçı əks olunub.

Aksiya iştirakçıları hökumətin sosial xərcləri 10 mlrd. avro ixtisar etmək planlarına etiraz ediblər. Ümumilikdə İspaniya hökuməti beynəlxalq maliyyə qurumlarının, Avropa Birliyinin və Avropa Mərkəzi Bankının tələbi ilə büdcə xərclərini 27 mlrd. avro ixtisar etməlidir.

Qeyd edək ki, hazırda İspaniyada büdcə kəsiri 8,5% təşkil edir. Beynəlxalq maliyyə qurumlarından vəsait cəlb etmək üçün hökumət bu göstəricini 5,3%-ə salmalıdır. Bununla belə, ölkədə işsizlik səviyyəsi getdikcə artır. Bu ilin I rübündə işsizlik səviyyəsi tarixi maksimuma - 24,4%-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR