Bakı Metropoliteninin “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına yeni xətt çəkiləcək
05 may 2012 08:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Gələn ildən Bakı Metropoliteninin “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına yeni xəttin çəkilişinə başlanacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə metropolitenin rəisi Tağı Əhmədov bildirib.
Onun sözlərinə görə, “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər olan ərazidə 7 stansiya olacaq: “Hazırda bir Ukrayna şirkəti tərəfindən ərazidə layihələndirmə işləri gedir. Bundan başqa, Köhnə Günəşli və Yeni Günəşli istiqamətində metro xəttinin çəkilməsi istiqamətində işlər aparılır”.
Bakı Metropoliteninin Azərbaycan paytaxtında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıqlarından söz açan T.Əhmədov qeyd edib ki, bütün stansiyalarda informasiya köşkləri quraşdırılıb: “Şəhərimizə gələn əcnəbilər informasiya köşklərinə yaxınlaşıb ingilis dilində istənilən məlumatı ala bilərlər. Eyni zamanda getmək istədikləri yeri metro bələdçilərindən soruşa bilərlər. Metropolitendə bələdçilər üçün ingilis dili kursları açılıb, 50 nəfərə ingilis dili dərsi keçilib. Onlar müraciət edən əcnəbiləri ingilis dilində sərbəst şəkildə cavablandıra biləcəklər. Bakı Metropoliteni “Eurovision” müsabiqəsinə tam hazırdır”.
Müsabiqə dövründə metroda sıxlıq yaranacağı təqdirdə atılacaq addımlara gəlincə, T.Əhmədov deyib ki, qatarların artırılması sərnişinlərin sayından asılı olacaq.
Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.

İnfrastruktur
Bakı metrosunda qatarda sərnişin müdaxiləsi nəticəsində nasazlıq yaranıb
18:22
6 may 2024
Dövlət Xidməti telekommunikasiya operatorlarına xəbərdalıq edib
11:11
6 may 2024
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim edib
17:19
3 may 2024
Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir! Bu kompleksin sakinləri üçün şad xəbər! - VİDEO
15:52
3 may 2024