Əsgəri qətlə yetirməkdə təqsirləndirilən gizirin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Əsgəri qətlə yetirməkdə təqsirləndirilən gizirin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 01 noyabr 2012 08:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində tabeliyində olan əsgəri qətlə yetirməkdə təqsirləndirilən Daxili Qoşunların giziri Hikmət Əzizovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə müdafiə tərəfi çıxış edərək, məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin məhkəmə həmin vəsatəti təmin etmədiyi üçün qərardan kassasiya şikayəti verilib. Bunun üçün də məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, gizir Hikmət Əzizov 2011-ci ilin dekabrında tabeliyində olan əsgər 2010-cu ildə Yevlax rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Kənan Namazovu xidməti silahı ilə qətlə yetirməkdə ittiham olunub.
Hikmət Əzizov Cinayət Məcəlləsinin 331.3-cü (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döymə və ya ona işgəncə vermə), 341.1-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 120.2.2-ci (qəsdən adam öldürmə) maddələri ilə ittiham olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hikmət Əzizov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR