Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yanvarda 523,4 min manatdan artıq sığorta haqqı toplanılıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta növü üzrə yanvarda 523,4 min manatdan artıq sığorta haqqı toplanılıb
# 24 fevral 2012 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası» növü üzrə 523,389 min manat həcmində sığorta haqqı yığılıb.

«APA-Economics»in apardığı araşdırmalara görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə 50,379 min manat həcmində sığorta ödənişi aparılıb.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» sığorta şirkətinin payına düşüb. Sonrakı yerləri isə «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri bölüşür.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» sığorta şirkətləri fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR