Bakıda Kulturoloqların II Beynəlxalq Forumu keçiriləcək

Bakıda Kulturoloqların II Beynəlxalq  Forumu keçiriləcək
# 25 may 2012 12:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. İyunun 12-13-də Kulturoloqların II Beynəlxalq Bakı Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Forumda yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniya, Türkiyə, Rusiya, Gürcüstan, Rumıniya, Macarıstan, Ukrayna Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistan kimi ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Tədbirin əsas mövzusu “Dövlətin inkişafında mədəniyyət siyasətinin rolu”dur.
Tədbir mədəniyyət sahəsinin dövlətin və cəmiyyətin inkişafında əhəmiyyətinin artırılmasına xidmət edən elmi tədqiqatların dəstəklənməsi məqsədi daşıyır.

Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR