Obama: Şimali Koreya öz əhalisini yedirmək əvəzinə pullarını raketlərə xərcləyir

Obama: Şimali Koreya öz əhalisini yedirmək əvəzinə pullarını raketlərə xərcləyir
# 14 aprel 2012 03:54 (UTC +04:00)
Bakı-APA. Ölkə əhalisi ac olduğu halda, Şimali Koreya pullarını «nasaz» raketlərə xərcləyir. ABŞ prezidenti Barak Obama belə bir bəyanatla çıxış edib.

Obamanın sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Şimali Koreyanın təcridini davam etdirmək üçün səylərini artıracaqlar.

Xatırladaq ki, bir gün əvvəl Şimali Koreya ballistik raketin uçuşunu həyata keçirib. Raket havada parçalanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR