İran Livana təbii qaz nəql edəcək

İran Livana təbii qaz nəql edəcək
# 05 may 2012 16:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İran Livana təbii qaz nəql edəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Livana ikigünlük səfərdən qayıdan İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi bildirib.

Onun sözlərinə görə, İran qazı İraq və Suriyadan keçməklə quru yolu ilə Livana ötürüləcək. M.Rəhimi əlavə edib ki, hazırda İranla Livan arasında ticarətin həcmi 150 mln. dollardır, ancaq bu həcm yaxın gələcəkdə 2 mlrd. dollara çatdırılacaq.

İranın birinci vitse-prezidenti həmçinin deyib ki, səfər çərçivəsində Livan prezidenti, baş naziri və parlamentinin sədri, eyni zamanda “Hizbullah” təşkilatının katibi Şeyx Həsən Nəsrullahla görüşüb. Tərəflər əsasən iki ölkə arasında münasibətlər, dünyada və bölgədə baş verən prosesləri müzakirə ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR