Şamaxı və Kürdəmirin qaz təchizatında məhdudiyyətlər olacaq

Şamaxı və Kürdəmirin qaz təchizatında məhdudiyyətlər olacaq
# 30 mart 2012 06:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Şamaxı və Kürdəmir rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq martın 30-da saat 09:00-dan 18:00-dək «Ağsu» Qazpaylayıcı Stansiyasından qidalanan «Kürdəmir» qaz kəmərinin, saat 09:00-dan 19:00-dək isə «Dilman-Şərədil» xətti istisna olmaqla «Şamaxı» Avtomatik Qazpaylayıcı Stansiyasının təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəmir rayonunun Sığırlı kəndindən başqa bütün yaşayış məntəqələrinə və Şamaxı şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR