Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün ayrılacaq torpaq sahələrinin yeri və sahələri müəyyənləşib

Azərbaycanda iri fermer təsərrüfatlarının yaradılması üçün ayrılacaq torpaq sahələrinin yeri və sahələri müəyyənləşib
# 22 fevral 2012 07:53 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, ümumilikdə bu təsərrüfatların yaradılması üçün 200 min hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub ki, bu da iki mərhələdə həyata keçiriləcək: “Birinci mərhələdə 70 min hektar ərazinin ayrılması nəzərdə tutulub. 2013-2020-ci illərdə isə bu məqsədlə daha 130 min hektar ərazi ayrılacaq”.

Q.Məmmədov qeyd edib ki, hazırda sözügedən torpaqların istifadəsi üçün əsas görüləcək iş onların suvarma sistemi ilə təmin olunmasıdır: “Suvarma və meliorasiya problemləri həll olunduqca, əkin sahələri kimi istifadə olunacaq torpaqların sahəsi də genişlənəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR