Kür və Araz çaylarında keçirilən monitorinqlərin may ayının I ongünlüyü üçün nəticələri açıqlanıb

Kür və Araz çaylarında keçirilən monitorinqlərin may ayının I ongünlüyü üçün nəticələri açıqlanıb
# 11 may 2012 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətininin monitorinqinin may ayının I ongünlüyü üçün olan nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, may ayının I ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının III ongünlüyünə nisbətən 35 m3/san azalaraq 466 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 2, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4 dəfə yol verilən həddi keçib. Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 4 dəfə normanı keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.50-5.83 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR