Rusiya Mərkəzi seçki Komissiyası: “Saat 18:00-a qədər olan aktivlik 58,3% təşkil edir”
04 mart 2012 17:55 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində iştirak edən seçicilərin saat 18:00-a qədər olan aktivliyini açıqlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, saat 18:00-a qədər olan aktivlik 58,3 % təşkil edir. Bu barədə Rusiya MSK-sının katibi Nikolay Konkin məlumat verib.
Qeyd edək ki, Rusiyanın 96 min məntəqəsində keçirilən seçkilərdə 108 milyon seçici səsvermə hüququna malikdir.
Prezident vəzifəsi uğrunda 5 namizəd – “Vahid Rusiya” partiyasının lideri, baş nazir Vladimir Putin, kommunistlərin lideri Gennadi Züqanov, “Ədalətli Rusiya” partiyasından Sergey Mironov, liberal-demokratlardan Vladimir Jirinovski və bitərəf milyarder Mixail Proxorov mübarizə aparırlar