Azərbaycan prezidenti Bolqarıstanın keçmiş prezidentini qəbul edib

Azərbaycan prezidenti Bolqarıstanın keçmiş prezidentini qəbul edib
# 03 oktyabr 2012 17:16 (UTC +04:00)
APA-nın verdiyi xəbərə görə, Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanovun Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirə dünyada və regionda böyük marağın olduğunu bildirib. Forumda 70-dən çox ölkədən 600-dən artıq nümayəndənin iştirak etdiyini vurğulayan prezident İlham Əliyev tədbiri humanitar əməkdaşlıq sahəsində mühüm beynəlxalq layihə kimi dəyərləndirib.
Georgi Pırvanov Bolqarıstanın dövlət başçısı vəzifəsində çalışarkən Azərbaycan prezidenti İlham Əliyevlə həyata keçirdikləri birgə səylər nəticəsində ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxdığını məmnunluqla qeyd edib. Georgi Pırvanov dostluq əlaqələrinin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR