Narkotik plantasiyası salan Kürdəmir sakini tutulub

Narkotik plantasiyası salan Kürdəmir sakini tutulub
# 08 iyun 2012 10:11 (UTC +04:00)
Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmir rayonunda narkotik vasitə olan marixuananı kütləvi şəkildə əkib-becərən şəxs tutulub. APA-nın məlumatına görə, Kürdəmir şəhərində yaşayan 1963-cü il təvəllüdlü Məmmədov Mətləb Əlibaba oğlu öz həyətyanı sahəsində narkotik xassəli bitki yetişdirdiyi üçün həbs edilib. Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı M. Məmmədovun həyətindən xüsusi üsulla becərilən 113 ədəd marixuana kolu aşkarlanaraq məhv edilib. Əvvəllər məhkum olunmuş M. Məmmədov narkotiki özü istifadə etmək üçün yetişdirdiyini bildirib.

Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR