“Azərsu” ASC-nin Azərbaycan Dövlət Neft Akademiyasına qarşı şikayəti təmin olunmayıb

“Azərsu” ASC-nin Azərbaycan Dövlət Neft Akademiyasına qarşı şikayəti təmin olunmayıb
# 09 avqust 2012 08:55 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin Azərbaycan Dövlət Neft Akademiyasına qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, “Azərsu” ASC akademiyanın su təchizatı və kanalizasiya xidmətlərinə görə, borcunun ödənilməsi barədə iddia ilə əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR