Azərbaycan paytaxtında marşrut avtobusu qəza törədib

Azərbaycan paytaxtında marşrut avtobusu qəza törədib
# 16 iyul 2012 15:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycan paytaxtında marşrut avtobusu qəza törədib. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Hadisə bu gün xarici dairəvi yolun “Sədərək” Ticarət Mərkəzi istiqamətində qeydə alınıb. 188 saylı xətt avtobusu yoldan çıxaraq beton sütuna çırpılıb. Nəticədə avtobusda olan sərnişinlərdən bir neçə nəfər xəsarət alıb.

Bakı şəhər Təcilli Yardım Stansiyasından APA-ya bildirilib ki, məlum hadisə yerinə tibbi çağırış olunsa da, onlar hadisə yerinə çatanadək zərərçəkənlər ətrafda olan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR