Azərbaycanda gömrük xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar I rübdə 5% artıb

Azərbaycanda gömrük xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar I rübdə 5% artıb
# 03 may 2012 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda gömrük xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 2012-ci ilin I rübü ərzində 251,7 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,6% çoxdur. «APA-Economics»in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin rəsmi statistik məlumatında göstərilir.

Məlumata əsasən, hesabat dövründə gömrük rüsumları üzrə daxilolmalar 89,2 mln. manat, ƏDV üzrə 145,8 mln. manat, aksizlər üzrə 13,4 mln. manat, yol vergisi üzrə 3,3 mln. manat təşkil edib. Bu mənbələr üzrə daxilolmalarda ən yüksək illik artım tempi gömrük rüsumlarında müşahidə olunub. Belə ki, ötən ilin I rübünə nisbətən gömrük rüsumları üzrə daxilolmaların həcmi 1,8 dəfə artıb. Aksizlər üzrə artım 39,6%, yol vergisi üzrə 26,9% təşkil edib. Eyni zamanda, ƏDV üzrə 18,4%-lik azalma müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR