Rusiyada evində 22 kiloqramdan çox həşiş tapılan Azərbaycan vətəndaşı həbs edilib

Rusiyada evində 22 kiloqramdan çox həşiş tapılan Azərbaycan vətəndaşı həbs edilib
# 27 fevral 2012 10:27 (UTC +04:00)
Bakı – APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını həbs ediblər. APA-nın xəbərinə görə, vilayətin Boqdanoviç rayonunda yaşayan Azərbaycan vətəndaşı Bayram Məmmədovun evinə baxış keçirilərkən 22 kiloqramdan çox həşiş və odlu silah aşkarlanıb. B. Məmmədov haqqında cinayət işi qaldırılıb. Onu 20 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR