Azərbaycan paytaxtında yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Azərbaycan paytaxtında yaşayış binasında baş verən yanğın söndürülüb - <font color=red>YENİLƏNİB - FOTO</font>
# 15 fevral 2012 11:29 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Caspian Plaza” İş Mərkəzinin yaxınlığında, M. N. Naxçıvani küçəsi - 22 ünvanında yerləşən yaşayış binada qeydə alınan yanğına ilkin ehtimala görə, qısaqapanma səbəb olub.

Hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, saat 12.18 radələrində xidmətə yanğın haqda məlumat daxil olub. Hadisə yerinə Yasamal rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları, 4 yanğınsöndürən maşın cəlb olunub. Ə. Novruzov deyib ki, hadisə C. Cabbarlı və M. N. Naxçıvani küçələrinin kəsişməsində yerləşən 17 mərtəbəli binanın 1-ci mərtəbəsindən 17-ci mərtəbəsinədək olan şaxtadan keçən elektrik naqillərinin yanması nəticəsində baş verib. Yanğın zamanı binada olan 20-yə yaxın vətəndaş təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda yanğının dəqiq səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR