Lorin: “Müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm”

Lorin: “Müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm”
# 25 may 2012 00:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, İsveç təmsilçisi Lorin “Sizin bu ölkədə müxalifət təmsilçiləri ilə görüşünüz olubmu? Görüşdə məqsəd və müzakirə mövzusu nə olub?” sualına cavab verməyib: “Mən bu gün müsabiqədən kənar heç bir şeydən danışmaq istəmirəm. Ona görə də bu suala cavab vermək istəmirəm, çünki biz burda musiqi yarışmasındayıq”.

Lorin hazırda fikrini yalnız çıxışına yönəltdiyini də vurğulayıb. O, dost olduğu Norveç təmsilçisi Tooji ilə, eyni zamanda digər təmsilçilərlə eyni səhnəni bölüşəcəyindən məmnunluğunu ifadə edib: “Burada qalib olmaq əsas deyil, yarışmada əsas layiqli iştirak etməkdir”.

Lorin finala vəsiqə qazanmasına çox sevindiyini də əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR