Ağsuda dolu və leysan əkin sahələrinə ciddi ziyan vurub, külək evlərin dam örtüyünü uçurub

Ağsuda dolu və leysan əkin sahələrinə ciddi ziyan vurub, külək evlərin dam örtüyünü uçurub
# 13 may 2012 19:57 (UTC +04:00)
APA-nın məlumatına görə, dolu və güclü küləklə müşayiət olunan leysan yağışları nəticəsində yaranan sel suları Ərəbuşağı kəndində həyətyanı sahələrə, bəzi evlərin zirzəmisinə dolub, əkin sahələri sel sularının və lil çöküntüsünün altında qalıb.

Dolu taxıl, meyvə-tərəvəz və bostan sahələrinə də ziyan vurub, külək 10-a yaxın evin və yardımçı tikilinin dam örtüyünü uçurub. Sel daxili küçələri dağıdıb. Bundan əlavə rayonun Çaparlı, Ağalarbəyli, Daşdəmirbəyli kəndlərinə yağan güclü yağış taxıl sahələrini basıb.

Rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR